yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mehdi Səlimzadənin himayəsi altında özbaşınalıq - İDDİA

Mehdi Səlimzadənin himayəsi altında özbaşınalıq - İDDİA
2-10-2017, 09:46 35 692 dəfə baxılıb

Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən şikayət ərizəsi ünvanlanıb. Narzı vətəndaş yazır:

"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin himayəsi altında Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar.Nəticədə də kənd cammatı çıxılmaz vəziyyətə düşüb.Torpaqların saxtakarlıqla satılmasından əldə edilən pulun yüksək faizi İcra başçısı Mehdi Səlimzadəyə çatdığı üçün onları himayə edir.
Mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub bu günə kimi burada yaşasamda 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilmıəmişdir ki, bu açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır.Hazırda isə 4 nəfərdən ibarət ailə üzvülərim var.Heç bir qanunu əsas olmadan mənə pay torpağı verilməmiş bu hüquqdan məhrum edilmişəm.Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəmdə heç bir tədbir görülməmişdir.Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib.Bu tam əsassız bir yalan bəhanələrdi ki, bunun heç bir qanunu əsası yoxdur.Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasamda faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam.Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir".
Daha sonra ünvanlanan müraciətdə deyilir: "Kəndlinin çörəyi torpaqdan çıxır. Hazırda da işsizəm, torpağım olsaydı, əkib-becərib ailəmi dolandırardım. Mən buna görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olan zaman məni ələ salıb gülüb deyir ki, tapşıraram sənə bir maşın torpaq gətirərlər çinlilər kimi evin damına töküb əkərsən. İcra başçısı Mehdi Səlimzadə Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevlə əlbir olub torpaqları satıb-talan edirlər. Gəlib yerində obyektiv araşdırma aparılarsa subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur.Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir.Belə talançılıqla əldə edilən gəlirdən İcra başçısına haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışıdılar.Özüm 1-ci qrup əliləm heç bir yerdə işləmirik, istəyimiz odur ki, torpağımız olsun əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq.Torpaqsız kəndli kor insan kimidir.Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırıb ciddi tədbirlər görəcəksiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ozbashinaliq, Selimzadenin, Mehdi, himayesi, altinda, DDA
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ