yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Laçının icra başçısı Bərzanini dəstəkləyən işçisinə qahmar çıxır - dövlətə təhdid dolu açıqlamalar

Laçının icra başçısı Bərzanini dəstəkləyən işçisinə qahmar çıxır - dövlətə təhdid dolu açıqlamalar
28-09-2017, 09:05 58 456 dəfə baxılıb

Laçın Rayon İcra Hakimiyyətində (RİH) gərginlik hökm sürür; Ötən gün erməni işğalındakı rayonun İH-də kadr dəyişikliyi gözlənilməz olub...
İctimaiyyət İraqda kürdlərin keçirdiyi referendumu dəstəkləyən icra nümayəndəsinin işdən azad olunacağını gözləyib.
Amma Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyevin vəzifəsindən azad olunacağını gözlədiyi halda, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edildi.
Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quliyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.
F.Tanrıverdiyevin isə vəzifəsində qalması azmış kimi, verdiyi açıqlamalar özündənrazılıq əlaməti daşıyır.
Laçının icra hakimi Aqil Nəzərli isə onu vəzifədə saxlamaqla dolayısı ilə müdafiə etdiyinə eyham vurur.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Bu isə o deməkdir ki, yaxın günlərdə Laçın RİH-in rəsmisi ilə bağlı ölçü götürüləcək. Çünki rəsmi Bakı İraqda keçirilən referenduma dəstək verməyib. Əksinə, Şeyx çıxışında buna qarşı olduqlarını bildirib.
Azərbaycanda dövlət qulluqçusu olan birinin isə həmin referendumu dəstəkləməsi separatçılıq kimi qiymətləndirilir. Hazırda Tanrıverdiyevin vəzifəsindən azad olunacağı gözləntisi var.
Bu məsələyə susan A.Nəzərlinin də dekabrın 15-dən sonra postunda qalıb-qalmayacağı sual altındadır. Hər halda icra başçısı reaksiya verməliydi.
Nə Milli Məclis, nə Prezident Administrasiyası rəsmilərindən kürdlərin keçirdiyi referendum barəsində müsbət fikirlər səslənib.
Amma RİH-də dövlət qulluğu daşıyan, şöbə müdiri olan bir şəxs kürdlərə açıq dəstək verməkdədir. Hətta o, milliyətcə kürd ola bilər, amma dövlət vəzifəsi daşıyırsa, hansısa ölkənin seçki prosesinə münasibət bildirmək hüququ yoxdur.
Ən yaxşı halda hansıs siyasi təşkilat və ya ictimai birlik yaradaraq onun adından bəyanata verə bilər. Əldə etdiyimiz son məlumata görə, məsələ yuxarıların nəzərinə çatıb.
Hazırda Laçın RİH-də bir gərgin atmosfer müşahidə olunur. İcra başçısı təşvişə düşüb. A.Nəzərli şöbə müdirini azad etməsə də, yuxarıdan gələcək cavabı gözləməkdədir.
Bununla belə, şöbə müdiri açıq şəkildə dövləti və siyasi hakimiyyəti təhdid edib. O, bildirib ki, mövqeyinə görə işindən azad olunsa vətəndaşlıqdan imtina edəcək, hərbi biletini yandıracaq.
Bu, dövlət qulluqçusu olan birinin açıq şəkildə dövləti, prezidenti və hakimiyyəti şantaj etmək, hədələməkdir. Yəni, mən mühacirətə gedərəm, müxalifətçilik edərəm, təbliğat apararam.
O, sensasion açıqlamalar verib və ciddi şəkildə dövlətə təhdid yağdırıb.
Sitat: “Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq “hə” desəydi də, “Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır”.
Bu fikirləri unikal.org-a Fizuli Tanrıverdiyev deyib. İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev bildirib ki, hansısa fikirlərinə ona təzyiq olunması yanlışdır:
“Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır?!
Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm? Mən qorxmadan, çəkinmədən Kürdüstanın bayrağını belə qaldıraram başımın üstünə. Bu bayraq mənim fəxrimdir.
Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından o başına kimi yaşayan kürdlərin uğuru uğrumdu, kədəri kədərim.
Necə Azərbaycanı sevirəmsə, kürd kimi də kürdlüyümü sevirəm. Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, gedəcəm.
Kimin nəyinə lazımdır mənim mövqeyim?! Azəbaycanının daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?”.
Mövqeyinə görə vəzifədən kənarlaşdırılma ehtimalına gəlincə, F.Tanrıverdiyev “Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq.
Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm.
Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm” - deyib.
Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədəki hesabında bunları yazıb: "Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, "məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.
Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir.
Qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir.
İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , qahmar, tehdid, icra, Berzanini, bashchisi, chixir, ishchisine, destekleyen, dolu, Lachinin, dovlete, achiqlamalar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ