SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Azərsu” şefinin Göyçaydakı kadrından köçkün ailəsinə qanunsuzluq

“Azərsu” şefinin Göyçaydakı kadrından köçkün ailəsinə qanunsuzluq

Tarix:

24-09-2017, 23:53

/ 41 969 dəfə oxundu.
“Azərsu” şefinin Göyçaydakı kadrından köçkün ailəsinə qanunsuzluq

Göyçay şəhərində məskunlaşan, Ağdamdan məcburi köçkün Mirzəyeva Gülbəniz Eldar qızı redaksiyamıza məktub yazıb
Məlumata görə, məcburi köçkün “Azərsu” ASC-nin Göyçay şöbəsindən şikayətçidir.
Onun sözlərinə görə, ailəsi ilə məskunlaşdığı mənzilə smartkart tipli sayğaclar qoyulanadək istifadə etmədiyi halda suya görə 36 manat borc yazıblar:
“Azərsu ASC-də Heydər adlı şöbə müdirinə ərizə ilə müraciət etmişəm, o, bu borcun silinəcəyini desə də qanunsuz borcu silmirlər. ASC-nin Göyçay şöbəsinə dəfələrlə bu barədə bildirsəm də, qanunsuz borcu silməkdən imtina edirlər.
Baxmayaraq ki, ASC mərkəzi idarə heyətində bu barədə müraciət edilib. Hətta ASC-nin Göyçay şöbəsindən deyirlər ki, bunu biz də bilirik qanunsuz yazılıb.
Ancaq kompüterə düşüb deyə ödəməlisən. İndi mən maddi çətinliklər içərisində 36 manat çıxılacaq deyə kartıma su yükləyib istifadə edə bilmirəm”.
Gülbəniz Mirzəyeva deyir ki, “Azərsu” ASC-nin belə qanunsuz əməlləri Göyçayda çoxdur, onlar bu yolla əhalini aldadaraq külli miqdarda vəsait mənimsəyirlər.
Mediada yayılan xəbərlərdə də deyilir ki, Göyçay şəhərində axşam saat 23:00-dan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su verilişini kəsir əvəzinə hava buraxır və beləliklə smartkartlara yüklənən vəsait isə silinir.
Bir neçə il öncə su xəttləri yenilənəndə, smartkart tipli sayğaclar quraşdırılan zaman qanunsuz olaraq abonentlərə külli miqdarda borclar yazılmışdı.
Çoxsaylı şikayətlərdən sonra yalnız həqiqətən borcu olanlardan smartkarta hər dəfə pul yükləyəndə vəsaitin üçdə bir hissəsi köhnə borcdan silnməsinə sərf olunurdu.
Lakin bu borclar da bitmək üzrə olduğunudan “Azərsu”nun Göyçay rayon şöbəsinin qanunsuz gəlir yerləri də tükənir və belə bir “əməliyyata” əl atırlar.
Mətbuatda gedən yazılara görə, “Azərsu” ASC tərəfindən ölkə prezidenti İlham Əliyev bir neçə dəfə aldadılıb.
Yəni ölkə prezidentinin 12 fevral 2010-cu ildə Göyçaya ilk səfəri zamanı ona Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən işlər bağlı yalan məlumat verilərək Göyçayda formal xarakterli açılış tədbiri təşkil olunmuşdur.
Belə ki, ölkə başçısı lent kəsdikdən sonra düyməni basmaqla Göyçay sakinlərinin su təchizatı ilə bağlı problemlərinin aradan qaldırılmasına start vermiş olsa da, həmin gündən etibarən Göyçaylılar 2 il su üzünə həsrət qalmalı olmuşdular.

Şərhlər

XƏBƏR LENTİ