yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Allah o banka da, o hakimə də insaf versin..." - ŞİKAYƏT

30-08-2017, 15:19 139 734 dəfə baxılıb
yüklənir...

«Ac qalıram, quru çörəyə də möhtacam. Özüm də yataq xəstəsiyəm, dərmanlarımı ala bilmirəm. İki bank hər ay pensiya kartımı «silib-süpürür». Çörəkpulu da saxlamırlar, insafsızlar...». Aclıqdan və xəstəlikdən əziyyət çəkən Tovuz sakini 65 yaşlı Səfurə İsmayılovadır. O, danışır ki, iki il əvvəl müalicəyə görə iki bankdan götürdüyü kreditləri vaxtında qaytara bilmədiyi üçün hər iki bank aylıq borcları onun pensiya kartından çəkir:

«Əvvəllər vaxtında ödəyirdim. Sonra xəstəliyim gücləndi, iynə-dərmana ehtiyacım bir az da artdı. Bu dəfə heç bir bank mənə borc vermədi, dedilər, iki krediti ödəməmiş üçüncünü verə bilməzlər. Mən də məcbur qaldım pensiyamı dərmana verməyə... Eyni vaxtda həm kreditləri, həm dərmanların xərcini ödəyə bilmədim, gecikdirmələr başlandı. Düşdüm quyunun dibinə, indi də bu yaşımda ha çabalayıram, çıxa bilmirəm. Bir köməyim yox, bir adamım yox, xəstəlikdən çürüyürəm, bir tərəfdən də müalicə oluna bilmirəm, üstəlik də aclıq...».

Səfurə xanım deyir, ondan xəbərsiz keçirilən məhkəmədə gecikdirmələrə görə cərimələr də hesablandığından yükü birə-beş artıb: «Heç olmasa, cərimələri keçəydilər, ödəməli olduğum kreditin öz məbləğindən də çoxdur, ola bilməz ki, qanunlarımızda belə bir güzəşt olmasın. Bu cərimələri mənə niyə yükləyiblər axı, imkanım olsaydı, elə borcu qaytarardım, daha cərimə nədir... Allah o banka da, o hakimə də insaf versin, heç olmasa, pensiyaçı, yataq xəstəsi olmağıma güzəşt edəydilər. Çörəyim yox, dərmanım yox, mən neyləyim?.. Mən Bakıda xəstəxanalarda canımla əlləşəndə, bunlar burda məni cərimələrlə yükləyib pensiya kartımla məşğul olublar».


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: insaf, da, , de, hakime, versin, Allah, banka, o, o, ShKAYET
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ