yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib

Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib
28-08-2017, 10:21 56 647 dəfə baxılıb
yüklənir...

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunmasına nəzarət gücləndirilmişdir. Bu məqsədlə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti qrumların, icra nümayəndələrinin, blədiyyələrin və torpaq istifadəçilərinin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilmiş, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun, maksimum səmərəli istifadə olunması məsələləri ətraflı müzakirə olunmuşdur.
Torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunmuş, bu sahədə maarifləndirmə işi aparılmışdır. Bildirilmişdir ki, Dövlət Qış Otlaq Fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlar yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.
Qeyd edilmişdir ki, rayonda hələdə bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətda üçüncü şəxslərə qanunsuz olaraq subicarəyə verməklə torpaqları alver predmetinə çevirirlər ki bu da yolverilməzdir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hüquq-mühafizə orqanlarına və aidiyyəti qrumlara bu cür hallara qarşı qanunamüvafiq tədbirlər görməyi tapşırmışdır.
Torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə RİHB Alı Alıyev qeyd edib ki, ölkə başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan ərazilərdə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda ötən il 35 sentnerdən artıq məhsul götürülüb, o cümlədən 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarnın istehsalı üçün Aqroparkın istifadəsinə verilib, 500 ha sahə isə cari ildə toxumçuluq məqsədilə istifadəyə veriləcək.
Keçirilən görüş və yığıncaqlarda bələdiyyə mülkiyyətində, həmçinin şəxsi mülkiyyətdə olan torpaqlardan da maksimum səmərəli istifadə olunması, torpağın, münbitliyinin və məhsuldarlığının artırılması yolları müzakirə edilib, torpaq istifadəçilərinə maarifləndirmə xarakterli məsləhət və tövsiyyələr verilib.
Rayon İcra Hakimiyyəti ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun səmərəli istifadə olunmaması hallarına yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulan tədbirləri bundan sonra da davam etdirəcək, bu məsələni gündəlik nəzarətdə saxlayacaqdır.
Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib
Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib
Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib
Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: istifade, uygun, torpaqlardan, olunmasina, teyinatina, nezaret, guclendirilib, Fuzulide
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ