yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA - "...məlumat veriləcək"

Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA -
30-10-2018, 11:42 168 dəfə baxılıb

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda eyni zamanda, “Bakılifttəmir” İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:

“Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən “Bakılifttəmir” İstehsalat Birliyində aparılır. Hazırda “Bakılifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək”.

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, “Bakılifttəmir” İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Həmçinin, Q.Şükürovla bağlı əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

Xatırladaq ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ