yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“O zibili “Tolik”in özünə yedirtmək lazımdır” - Xalq şairindən sərt sözlər

“O zibili “Tolik”in özünə yedirtmək lazımdır” - Xalq şairindən sərt sözlər
13-09-2018, 13:02 528 dəfə baxılıb

Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyevin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt şəkildə cavab verib.

Gundeminfo.az-ın xəbərinə görə, S.Rüstəmxanlı Ölkə.Az-a açıqlamasında deyib ki, "Tolik"in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir:

"O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili "Tolik"in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. "Tolik" mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəkət etmərəm".

Xalq şairi "Tolik" kimi adamların efirlərə buraxılmasına görə telekanalları da qınayıb:

"Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə "Tolik"in ictimaiyyət qarşısına çıxması Azərbayxan xalqı üçün təhqirdir. Ona görə də ilk növbədə onu efirlərdən təcili uzaqlaşdırmaq lazımdır. Ona məcbur etmək lazımdır ki, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəsin. Belə tərbiyəsizlik olmaz! Elçibəy haqqında bu cür tərbiyəsiz sözləri yazmaq heç bir əndazəyə sığmır. Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanlar və tarixi şəxsiyyətlər haqqında bu cür aşağılayıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Tutaq ki, Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, "Tolik" təcili cəzalandırılmalıdır".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ