Komissiyada izahat vermək növbəsi Samvel Babayana çatdı

APA xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə həmin komissiyanın üzvü Kristine Poqosyan bildirib.
Noyabrın 29-da Babayanın iştirakı ilə komissiyanın iclası keçiriləcək.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdırmaq üçün yaratdığı komissiyanın rəhbəri Andranik Koçaryan Babayanın komissiyaya baş çəkmək istədiyini deyib.