HƏMAS bu iki Aİ ölkəsini qiymətləndirdi

HƏMAS İspaniya baş naziri Pedro Sançes və Belçikanın baş naziri Aleksandr De Kroonun İsrail, Fələstin və Misirə səfərləri zamanı verdiyi açıqlamaları dəyərləndirib.
HƏMAS-ın verdiyi yazılı açıqlamada, “Qəzzanın dağıdılmasını və mülki insanların öldürülməsini rədd etdiyini təsdiqləyən Belçika Baş nazirinin və həyata keçirilən ayrı-seçkilik olmadan qətlləri pisləyən İspaniya Baş nazirinin açıq və cəsarətli mövqelərini təqdir edirik", - qeyd edib.