Ermənistan Parlamentində ATƏT-in iclası keçiriləcək

Bu barədə erməni KİV məlumat yayıb.
"Daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu" başlığı altında keçiriləcək iclasın İrəvanda keçirilməsi üçün spiker Alen Simonyanın adından ATƏT PA-nın prezidenti və baş katibinə rəsmi məktub göndərilib.
Qurumun üzvü olan 57 ölkənin nümayəndə heyətlərindən 300-ə yaxın deputat Ermənistanda qonaq olacaq. Cənubi Qafqaz regionu ilə bağlı məsələlər müzakirə olunacaq. İkitərəfli görüşlər də planlaşdırılır.