Ərdoğan məni məhv edərək, hərəkatı da yox edəcəyini düşünür - Fətullah Gülən

Ərdoğan məni məhv edərək, hərəkatı da yox edəcəyini düşünür - Fətullah Gülən "Ərdoğan məni məhv edə bilərsə, hərəkatdakı hər kəsin öhdəsindən gələcəyini düşünür, ancaq bu belə deyil. Bu hərəkat Tanrıya bağlı bir sevgi və fədakarlıq hərəkatıdır. Bizdən sonra da insanlar gözəl işlərini görməyə davam edəcəklər."

"ODAtv"yə istinadla verdiyimiz xəbərə görə, bunu nurçuların ABŞ-da yaşayan lideri Fətullah Gülən bildirib.

O, Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ərəfəsində ABŞ-ın NPR radiosuna müsahibə verib.

Minlərlə insanın onu ziyarət etmək üçün ABŞ-a gəldiyini deyən Gülən bu insanlar arasında Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər və baş naziri Əhməd Davudoğlunun da olduğunu bildirib: "Minlərlə insan buranı ziyarət etmək üçün gəlib. Ziyarət edənlər arasında 50 millət vəkili ilə yanaşı, Abdullah Gül və Əhməd Davudoğlu da olub. Bu səbəblə bir çox insan məni tanıya bilər, ancaq mən onları tanımıram."

2016-cı il 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqəsi olmadığını bir daha təkrarlayan Gülən Türkiyədə milyonlarla dəstəkçisinin olduğunu söyləyib: "Türkiyənin gələcəyi mövzusunda ümidsizəm. Ancaq bəzi şeylər məni bir az da olsun, ümidləndirir."
Geri qayıt