Bu ölkənin vətəndaşları Qəzzada əsir düşdü - İkisi uşaqdır

Bu ölkənin vətəndaşları Qəzzada əsir düşdü - İkisi uşaqdır Macarıstan hökumətinə ölkənin dörd vətəndaşının Qəzzada əsir düşməsi barədə məlumat daxil olub.

Xalqxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı noyabrın 5-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto səsləndirib.

Nazirin sözlərinə görə, əvvəlcə ona cümə axşamı ölkənin iki vətəndaşının, ertəsi gün üçüncü, bir gün sonra isə, yəni şənbə günü daha bir macarəsilli vətəndaşın əsir götürülməsi barədə xəbər veriblər. “Dörd əsirdən ikisi uşaqlardır”, - deyə P.Siyyarto əlavə edib.

Nazir onu da bildirib ki, əsirlər barədə məlumat İsrailin hakimiyyət orqanları və əsirlərin ailələri tərəfindən daxil olub.

“Hökumət əsirlərin mümkün qədər tez bir zamanda təhlükəsizlikdə olmalarından ötrü əlindən gələni edir”, - deyə o vurğulayıb.
Geri qayıt