Berdiməhəmmədov rüşvət alan naziri işdən çıxardı

Berdiməhəmmədov rüşvət alan naziri işdən çıxardı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tikinti və Memarlıq nazirini işdən çıxarıb.

Rus KİV-nə istinadən xəbər veririk ki, nazir Çarı Ataev işində ciddi nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. İstefa barədə fərman verən Berdiməhəmmədov "Türkmənistanda rüşvətə heç vaxt yer olmayacaq"-deyib.

Bildirilir ki, nazirin yaxın adamları rüşvət alıb, qanunsuz hərəkətlərə yol verib. Onları buna Ataev sövq edib.
Geri qayıt