"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

O, bu barədə İqlim Ambisiya Sammitində çıxışı zamanı danışıb.
"Bizim diqqətimiz iqlim problemlərinin həllinə yönəlib və bu vəzifə aktualdır. Bəşəriyyət cəhənnəmin qapılarını açıb: istilər dəhşətli nəticələr verir, yanğınlar tüğyan edir", - deyə təşkilatın baş katibi izah edib.
Onun sözlərinə görə, bəşəriyyət addım-addım “qeyri-sabit dünyaya” yaxınlaşır.