Türkiyədə helikopter su anbarına DÜŞÜB

Türkiyədə helikopter su anbarına DÜŞÜB Türkiyənin İzmir şəhərində meşə yanğınına müdaxilə edən helikopter qəzaya uğrayıb.

Bu barədə TRT kanalı məlumat yayıb.

Helikopter Tahtalı bəndinə çırpılıb. Helikopterdə 4 ekipaj üzvü olub.

Kənd təsərrüfatı və meşə naziri Yumaklı 4 ekipaj üzvündən birinin xilas edildiyini, 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.


Geri qayıt