Kiyevə mümkün qədər çox silah lazımdır - Umerov

Xalqxeber.az xəbər verir ki, bunu Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rüstəm Umerov deyib.
"Biz hərbçilərimizə yeni münasibət fəlsəfəsini tətbiq etməliyik və onlara lazım olan hər şeyi - silah, hərbi texnika, uniforma, avadanlıq, fərdi mühafizə vasitələri, ərzaq və dərmanla təmin etməliyik. Növbəti prioritet silahdır. Onlara indi də ehtiyacımız var”, - nazir bildirib.