Hollandiyadan sərt Türkiyə qərarı

Hollandiyadan sərt Türkiyə qərarı Hollandiya hökuməti 15 iyul çevriliş cəhdinin ildönümündə ölkəsinə gəlmək istəyən Türkiyə rəsmiləri ilə bağlıı sərt açıqlama yayıb.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Niderland məlum hadisənin ildönümündə Baş nazir müavini Toğrul Türkeşin ölkəyə səfərinin xoş qarşılanmayacağını bildirib. Rəsmi açıqlamada mövcud şərtlər altında Türkeş və ya digər türk hökumət nümayəndələrinin ölkəyə gəlməsinin tələb olunmadığı qeyd edilib.

Xatırladaq ki, ötən il mart ayından Hollandiya və Türkiyə arasında bənzər gərginliklər yaşanmışdı. Buna Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Qayanın Niderlanda getməsinə icazə verilməməsi səbəb olmuşdu.
Geri qayıt