Pakistanda helikopter qəzası - Yüksək rütbəli hərbçilər ÖLDÜ

Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.
Təlim uçuşu həyata keçirən hərbi helikopterin Qvadar əyalətində qəzaya uğraması nəticəsində yüksək rütbəli 3 hərbçi həlak olub.
Helikopterin texniki nasazlıq səbəbindən hadisə törətdiyi deyilir. Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib, araşdırma aparılır.