Sürücülərin NƏZƏRİNƏ: Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
İşlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılacaq.