G20 sammiti öncəsi “Porshe” avtosalonunu yandırdılar

G20 sammiti öncəsi “Porshe” avtosalonunu yandırdılar Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 Sammitindən öncə şəhərdə xoşagəlməz olay baş verib.

Rus KİV-nə istinadən xəbər veririk ki, naməlum şəxslər şəhərdəki “Porshe” avtosalonunu yandırıblar. Nəticədə 8 elit avtomobil tamamilə məhv olub. Əsas versiyalardan birinə görə, hadisə radikal solçular tərəfindən törədilə bilər.

Qeyd edək ki, artıq bir neçə gündür Hamburqda etiraz aksiyaları, iğtişaşlar davam edir.
Geri qayıt