BMT TŞ Şimali Koreyaya qarşı bəzi sanksiyaları ləğv edib

"Xalqxeber.az" xəbər verir ki, bundan əvvəl, iyulun 20-də BMT-nin sanksiyalara nəzarət komitəsi mülki əhaliyə humanitar yardım göstərmək üçün KXDR-ə beş “çoxməqsədli” çadırın idxalına qoyulmuş qadağanın müvəqqəti ləğvini təsdiqləyib. Beləliklə, BMT Şimali Koreyaya quraqlıq və digər fövqəladə hallarla mübarizədə kömək etmək istəyir.
Komitə nümayəndələrinin sözlərinə görə, sanksiyalardan azad olunma 9 ay müddətində qüvvədə olacaq. Lakin malların Şimali Koreyaya nə vaxt çatdırılacağı bəlli deyil, çünki Pxenyan hələ də COVID-19 pandemiyası səbəbindən çox ciddi sərhəd nəzarətinə malikdir.