Türkiyədən erməni təxribatına - Sərt reaksiya

Türkiyədən erməni təxribatına - Sərt reaksiya Türkiyə Ermənistanın təxribatı nəticəsində dünən Azərbaycan tərəfindən 2 mülki vətəndaşın ölməsini şiddətlə qınayıb.

Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb:

“İyulun 4-ü saat 20.40-da Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən top atəşinə tutulmasını və nəticədə kənd sakinlərindən 50 yaşlı qadınla 2 yaşlı nəvəsinin ölməsini şiddətlə qınayırıq”.

Türkiyə xain hücumda ölən azərbaycanlı qardaşlarına Allahdan rəhmət diləyib:

“Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal altında tutan Ermənistanın sərhəd bölgələrində ağır silahlarla yol verdiyi təxribatlar beynəlxalq hüquqa və insani dəyərlərə zidd şəkildə mülki şəxsləri, xüsusən qadın və uşaqları hədəf aldığını açıq şəkildə göstərib”.
Geri qayıt