Rusiyada FETÖ əməliyyatları: 2 nəfər həbs olundu

Rusiyada FETÖ əməliyyatları: 2 nəfər həbs olundu Rusiyada FETÖ-nün Sankt-Peterburqda yerləşən "Oxford Vision" və "Rus-Türk Mədəniyyət Mərkəzi"nin bağlanılması ilə bağlı əməliyyatlar aparılır.

Xarici KİV-ə istinadən xəbər veririk ki, Rusiyanın Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Məşğulluq və Miqrasiya Nazirliyi Sankt-Peterburqda FETÖ tərəfindən maliyələşdirilən təhsil müəssisələrində yoxlamalara başlayıb. May ayından etibarən aparılan yoxlanış tədbirləri zamanı çoxlu sayda qanun pozuntusu aşkara çıxarılıb. Beləliklə, "Oxford Vision" və "Rus-Türk Mədəniyyət Mərkəzi"nə böyük məbləğdə pul cəzası tətbiq edilib. "Rus-Türk Mədəniyyət Mərkəzi"nin direktoru Adnan Öztürk və "Oxford Vision"un müəllimi Əşrəf Sarışahin yoxlama aparan qurumun əməkdaşlarına rüşvət təklif etdiyi üçün həbs olunub.

Rəsmilər FETÖ ilə bağlantısı olan bu qurumların fəaliyyətinin dayandırılacağını və ya qurumların tamamilə ləğv ediləcəyini bildiriblər.
Geri qayıt