Türkiyə təyyarəsi bomba təhlükəsinə görə Buxarestdə təcili eniş etdi

Məlumata görə, minaaxtaranlar qrupu müvafiq prosedurlara əməl edərək sərnişinləri təyyarədən çıxarıb. Onlar yoxlanılaraq təhlükəsiz yerə aparılıblar.
Bildirilir ki, söhbət İstanbul - Düsseldorf marşrutu ilə uçan Türkiyənin “Pegasus Airlines” aviaşirkətinin “Airbus A321” təyyarəsindən gedir.