Paşinyan Brüsselə yollandı

Bu barədə cümə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Bu axşam baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb. İyulun 15-də o, Aİ Prezidenti Şarl Mişel ilə görüşəcək. Bundan sonra Ermənistanın baş naziri, Aİ prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır”, - məlumatda deyilir.
Xatırladaq ki, üçtərəfli formatda əvvəlki görüş mayın 14-də Brüsseldə baş tutub.
Mənbə: TASS