Türkiyədə hərbçilər qəzaya düşdü - Bir şəhid, 12 yaralı var
Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda hərbçiləri daşıyan avtobus qəza törədib.Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi şəhid olub, daha 12 əsgər yaralanıb.
Qəza yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
