Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA

Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA  
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərini gözlədiyini bildirib.

O, bunu NATO sammiti üçün Vilnüsə yola düşməzdən əvvəl deyib.

Ərdoğan qeyd edib ki, əgər Putinin Türkiyəyə səfəri baş tutsa, o zaman iki ölkə başçıları taxıl dəhlizi və Ukrayna münaqişəsi mövzularını mütləq müzakirə edəcəklər.

Eyni zamanda Türkiyə prezidenti əlavə edib ki, Putinin Türkiyənin vasitəçilik səyləri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir. 

Mənbə: TRT
Geri qayıt