Türkiyə PKK-nı geri çəkilməyə məcbur etdi

Türkiyə mediasına istinadən xəbər veririk ki, Hərbi aviasiyanın keçirdiyi əməliyyatlardan sonra terrorçular Şimali İraqda mövqelərini dəyişdiriblər.
Belə ki, terrorçuların Qəndil bölgəsinin cənubuna, Sorani-Germiyan bölgəsinə çəkildiyi deyilir.
Qeyd edək ki, Türkiyə son günlər Suriya və Şimali İraqda kürd separtizminə qarşı təzyiqləri gücləndirib.