“Disney” qadınlara qarşı ayrı-seçkilikdə günahlandırılır

“Disney” qadınlara qarşı ayrı-seçkilikdə günahlandırılır “Walt Disney” şirkəti 2015-ci ildən bəri Kaliforniyadakı qadın əməkdaşlarının məvaciblərini sistematik olaraq kəsir.
Məlumata görə, bu səbəbdən işçilər təxminən 151,6 milyon dollar itiriblər. Hollivud nəhənginə qarşı məhkəmədə iddia qaldırılıb. İddiaçılar studiyanın keçmiş və indiki işçiləridir.
Onlar Kaliforniya iqtisadçısı David Nyumarkdan təşkilatın əmək haqqı məlumatlarına baxmağı xahiş etdilər. Məlum olub ki, studiya oxşar işlərə görə qadınlara kişilərdən orta hesabla 2% az maaş verir.
Şirkət isə öz növbəsində ittihamları rədd edir.
Mənbə: rossaprimavera.ru

Geri qayıt