Baltimorda atışma: 4 ölü, 25 yaralı

Baltimorda atışma: 4 ölü, 25 yaralı ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma baş verib, bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

İnsident 100-ə yaxın insanın iştirak etdiyi şənlikdə baş verib. Hələlik baş verənlərlə bağlı təfərrüatlar açıqlanmır.

Hadisə yerinə polis və tibb işçiləri gəlib. Səbəb nədir və atışmada kimin iştirak etdiyi barədə məlumat verilmir.

Niderlandın “BNO News” xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər yaralanıb.
Geri qayıt