BƏƏ-də 30 mərtəbəli yaşayış binasında yanğın olub

BƏƏ-də 30 mərtəbəli yaşayış binasında yanğın olub Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Xalqxeber.az" xarici mətbuata istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.

Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb. Ölən və xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.
Geri qayıt