Bu ölkə ruslara bütün növ vizaların verilməsini dayandırdı

Bu barədə Baltik Respublikasının prezidenti Edqars Rinkeviç bildirib.
"Rusiyadakı hadisələrlə əlaqədar Latviya humanitar və ya digər növ vizalar verməyəcək. Rusiya vətəndaşları üçün 2022-ci ilin sentyabrında tətbiq edilən sərhədi keçmək məhdudiyyətləri dəyişməyəcək", - deyə prezident "Twitter" hesabında yazıb.