Almaniyada ağır yol qəzası, 11 nəfər yanaraq ölüb

Almaniyada ağır yol qəzası, 11 nəfər yanaraq ölüb Bavariyada qəza nəticəsində turistik avtobus yanıb. Xilasetmə xidməti yanan maşından 11 nəfərin meyitini çıxarıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, Almaniyanın nəqliyyat naziri daha 7 nəfər taleyindən xəbərsiz olduqlarını açıqlayıb. Otuz nəfər yaralı var, onlardan ikisinin vəziyyəti kritikdir.

Qeyd edək ki, qəza bu gün səhər avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verib.
Geri qayıt