Bu ölkədə məktəbə hücum oldu: 41 ÖLÜ

Uqanda Silahlı Qüvvələrinin nümayəndəsi Feliks Kulayiqe orduya məxsus birliklərin ekstremistlərin təqibini davam etdirdiyini deyib.
“Qüvvələrimiz girov götürülən insanları azad etmək üçün düşməni təqib edir”, - Kulayiqe Tvitter hesabında bildirib.
Hüquq-mühafizə orqanları hücumun İŞİD qruplaşması ilə əlaqəli olan “Demokratik qüvvələr alyansı” tərəfindən törədildiyini ehtimal edir.