Hindistanda qatar qəzasının səbəbi məlum oldu

Xalqxeber.az “TASS”a istinadən xəbər verir ki, fəlakətin səbəbini ölkənin dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav açıqlayıb.
“Biz fəlakətin səbəbini və buna görə məsuliyyət daşıyanları müəyyən etdik. Bu, elektron bloklamanın dəyişməsi səbəbindən baş verib”, - deyə bildirib.
Eyni zamanda o, baş verənlərə görə məsuliyyət daşıyanların adlarını açıqlamayıb və qeyd edib ki, hazırda hakimiyyət qatarların hərəkətinin bərpasına diqqət yetirib.