“Avrasiya İqtisadi İttifaqı dollardan imtina edib”

“Avrasiya İqtisadi İttifaqı dollardan imtina edib” Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Avrasiya İqtisadi İttifaqı ölkələrinin qarşılıqlı ticarətdə dollar valyutasından imtina elədiklərini bildirərək deyib: “Dolları silaha çevirən biz deyilik. Lakin əgər bizi dollardan və avrodan kənarlaşdırılarsa, biz də əlimizi yanımıza salıb oturmayacağıq, qarşılıqlı hesablaşmalar üçün başqa valyutalardan istifadə edəcəyik”.
Onun sözlərinə görə, 2023-cü ilin birinci rübünda Avrasiya İqtisadi İttifaqı daxilində ticarətin 89%-i milli valyutalarla aparılıb. Mart ayında isə bu rəqəm 90%-ə bərabər olub. Beləliklə, İttifaq faktiki olaraq, dollardan imtina edib.
Hürr Tərcüman

Geri qayıt