Türkiyə seçkiləri: Bu gün ölkə xaricində səsvermə başa çatır

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.