Rusiyada bir ailənin bütün üzvləri yanğın nəticəsində həlak olublar

Rusiyada bir ailənin bütün üzvləri yanğın nəticəsində həlak olublar Rusiyanın Perm diyarının Çaykovski şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir ailənin dörd üzvü həlak olub.

Bu barədə Perm diyarının İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.

Onlardan birinin beş, digərinin isə yeddi yaşı olub.
İnsidentlə bağlı cinayət işi başlanılıb.

Mənbə: TASS

Geri qayıt