Qasırğa Moskvanı iflic etdi: 2 nəfər öldü, 2 təyyarəni ildırım vurdu

Qasırğa Moskvanı iflic etdi: 2 nəfər öldü, 2 təyyarəni ildırım vurdu Bu dəqiqələrdə davam edən qasırğa Rusiyanın paytaxtı Moskvada həyatı iflic edib. Küləyin sürəti saniyədə 20 metrə çatır, şəhərə doğul düşüb.

Artıq təbii fəlakətin qurbanları var. Məlumata görə, Dmitrevski və Sofino rayonlarında ildırım vurması nəticəsində iki nəfər həlak olub.

Moskvaya eniş etməyə çalışan iki təyyarəni ildırım vurub. Təyyarələr Həştərxandan "Vnukovo" və Praqadan "Şeremetyevo" hava limanlarına uçurmuş. Sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan yoxdur.

Şəhərdəki bütün aeroportlarda uçuşlar gecikir. Eniş etməyə çalışan təyyarələr ehtiyat hava limanlarına yönəldilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi əhalini evlərdən çıxmamağa çağırıb.
Geri qayıt