Zelenski Almaniyaya səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyadan sonra Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.
Geri qayıtBu barədə dövlət başçısı tviterdə bildirib.
“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə o, sosial şəbəkədə belə şərh edib.
Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin etibarlı proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir.