Trampın "müsəlman qadağası" qüvvəyə mindi

"BBC"yə istinadən xəbər veririk ki, ABŞ-da iş əlaqələri və yaxını olmayan Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına və miqrantlara viza verilməyəcək. Bu qanuna əsasən yaxın ailə üzvləri ata, ana, bacı, qardaş, övlad, həyat yoldaşı və nişanlı hesab ediləcək.