SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda - Putindən İLK MESAJ

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda verdiyi açıqlamada Rusiyanın “əsl müharibə” apardığını vurğulayıb.
Putin dünyanın “dönüş nöqtəsində” olduğunu, Rusiyaya qarşı müharibə başladıldığını iddia edib:
“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı müharibə başladılıb”.
Rusiyanı qalib olmağa çağıran Putin, “Rusiya üçün, silahlı qüvvələrimiz üçün, qələbə üçün! Yaşasın” dedi.
Bu gün hərbi paradda Putini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Belarus liderləri, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan müşayiət edir.