Ukrayna Moldovaya qarşı məhdudiyyətlər hazırlayır

Ukrayna Moldovaya qarşı məhdudiyyətlər hazırlayır  Ukrayna Kişinyovun müvafiq qərarına cavab olaraq Moldovaya idxal məhdudiyyətləri hazırlayır.

Bu barədə Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirinin müavini - Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka bildirib.

"Biz Kişinyova məlumat verdik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulmasına gətirib çıxaracaq", - deyə nazir müavini açıqlayıb.
Geri qayıt