Almaniyada eynicinsli nikahlara icazə verildi - Merkel etiraz etmişdi

Almaniyada eynicinsli nikahlara icazə verildi - Merkel etiraz etmişdi Almaniya bundestaqı eynicinsli nikahlar haqda qanunu təsdiqləyib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, qanunun leyhinə 393 deputat, əleyhinə 226 deputat səs verib, 4 nəfər bitərəf qalıb.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Angela Merkelin rəhbərliyi altında xristian-demokratlar birliyi qanun layihəsinə qarşı çıxmışdı.

Merkel özü bildirmişdi ki, ancaq qadın və kişi arasındakı ittifaq nikah hesab edilə bilər.
Geri qayıt