Zelenski müsəlman əsgərlərlə birgə iftar etdi

Zelenski müsəlman əsgərlərlə birgə iftar etdi  
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin müsəlman əsgərləri ilə birgə iftar edib.

Bu barədə CNN məlumat yayıb. 

Ukrayna lideri Krım Müsəlman Mərkəzinin rəhbərlərinin və Ukrayna müsəlman liderlərinin nümayəndələrinin də iştirak etdiyi mərasimə qatılıb. O, ölkəsinin müsəlman icmasına təşəkkür edib: "Ramazan bayramı Ukraynanın hər yerində, hətta cəbhə xəttində və müharibə şəraitində belə qeyd olunur".

O, bundan sonra iftar mərasimlərinin ənənə halını alacağını və hər il keçiriləcəyini açıqlayıb.


Geri qayıt