İranda zavod yanaraq kül oldu

İranda zavod yanaraq kül oldu İranın Məşhəd şəhərindəki "Məşhəd Elektrosteel" zavodunda güclü yanğın baş verib. 

Xalqxeber.az İran KİV-ə istinadən xəbər verir ki, qaz çənlərinə keçən yanğın ard-arda partlayışlara səbəb olub. 

Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən, 60 yanğınsöndürən maşını və bir neçə suvarma tankeri cəlb olunub. Ynğının qarşısını almaq dörd saatdan sonra mümkün olub.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Geri qayıt