NATO bu hərbi təlimlə Putinə aydın mesaj verdi

NATO bu hərbi təlimlə Putinə aydın mesaj verdi NATO-nun Norveçdə keçirdiyi "Birgə Vikinq" (Joint Viking) hərbi təlimləri Vladimir Putinə alyansın şimal cinahına hücumu dəf etməyə hazır olması barədə aydın siqnaldır.

Xalqxeber.az xəbər verir ki, bu barədə "Fokus” jurnalı məlumat yayıb.

"Builki hərbi manevrlər xüsusi əhəmiyyət kəsb edir: NATO təlimləri Rusiya Prezidenti Vladimir Putinə aydın mesaj verir. Hərbi təlim ssenarisi 2014-cü ildə Krımda baş vermiş hadisələrə bənzər işlənib və hipotetik düşmənin qoşunlarının sayı, onun imkanları demək olar ki, Rusiya qüvvələrinin regiondakı real potensialına tam uyğun gəlir", - məlumatda deyilir.

Geri qayıt