İranda zəlzələ oldu

İranda zəlzələ oldu  
Bu gün İranın cənubunda 4,6 böyüklüyündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 22 700 nəfər əhalisi olan Bəndər-Lengə şəhərindən 48 km şimal-şərqdə və 88 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Geri qayıt