Qırğızıstandan Rusiyaya gedən qatar qəzaya düşdü

Xalqxeber.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Qırğızıstandan Rusiyaya gedərkən bu ölkədən keçən Bişkek-Samara sərnişin qatarı ilə lokomotiv toqquşub.
İlkin məlumata görə, ölən və ya xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.