Qazaxıstanda helikopter qəzası - Ölən və yaralananlar var

Qazaxıstanda helikopter qəzası - Ölən və yaralananlar var  
Qazaxıstanda “Kazaviaspas” helikopteri sərt eniş zamanı qəzaya uğrayıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Nazirlik qəza zamanı helikopterin magistral neft kəmərinin ətrafında uçduğunu bildirib.


Geri qayıt